Hibiskus çayı min bir dərdin dərmanıdır

Turşməzə dadı və xoş ətri ilə sağlam həyat tərzi keçirən insanların sevimlisi olan Hibiskus başqa adı ilə məkkəgülü çiçəyi bir çox xəstəliyin dərmanıdır.

İmmuniteti gücləndirərək orqanizmi mikroblardan qoruyan bu bitki güclü antioksidant xüsusiyyətinə sahibdir. O, sərbəst radikallarla savaşaraq bədəni qoruyur.

Piylənmə ilə mübarizə xüsusiyyətinə görə diyetoloqların ən çox məsləhət gördüyü çay məkkəgülü çiçəyindən hazırlanan çaydır. Qan şəkəri düşən zaman yaranan aclıq hissini önləyir.

Sakitləşdirici xüsusiyyətinə sahib olması aybaşı ağrıları zamanı faydalıdır. Eyni zamanda hormonal tarazlığı bərpa edir.

Bu bitki qəbizlik zamanı da geniş istifadə edilir. (Axsam.az)