Heyva turşusu – Usta öz sirlərini açır – VİDEO

Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla heyva turşusunun resepti ilə tanış edəcəyik.

Tərkibi:

1 kiloqram heyva, quru şüyüd çubuğu, sarımsaq, sirkə, duz

Hazırlanma qaydası:

Heyvaları yuyuruq, dilimlərə ayırıb, içini təmizləyirik. Sonra strelizə olunmuş butulkaya sarımsaq, şüyüd çubuğu və dilimlənmiş heyva atırıq. Hər butulkaya 1 çay qaşığı yarım duz əlavə edirik. Suyu qaynadıb butulkaları doldururuq. Sonra qazana isti su töküb butulkaları yerləşdirik. Turşunu 15 dəqiqə qaynadıb içərisinə 1 çay qaşığı sirkə əlavə edirik. Sonra qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq.

Nuş olsun!