Azərbaycanda ən çox filialı olan – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI

Azərbaycanda ən çox filialları olan marketlər şəbəkəsi məlum olub.

Ən çox filialı olan marketlər şəbəkəsi OBA marketdir. Şəbəkənin bü günə 820 mağazası var.

Ölkə üzrə ikinci ən çox filialı olan mağazalar şəbəkəsi də “OBA”ya qohum şirkət olan “Araz Market”dir. Belə ki, şirkətin 107 marketi var. Təkcə Bakıda 94 filialı var. Bölgələrdən isə Bərdə, Daşkəsən, İmişli, Mingəçevir, Saaatlı, Tovuz, Zaqatalada hərəsində bir market , Gəncədə 2, Sumqayıtda isə 4 marketi yerləşir.

Siyahının üçüncü pilləsində isə «Bazar Store» qərarlaşıb  – şəbəkənin 51 filialı var, bunlardan 30-u Bakıda,  21-i bölgələrdədir.

«Bravo» marketlər şəbəkəsi isə 1-i Gəncədə, 35-i Bakıda olmaqla, 36 filial ilə ölkədə olan mağazalar şəbəkəsi arasında 4-cü olub.

«Bizim Market»in 14 filialı var. Bu filialların hamısı paytaxtda yerləşir. Həmçinin «Favorit Market»in cəmi 9 filialından biri Qubada yerləşir.

Ən az mağaza «Rahat Market»in olub. Şirkətin cəmi 6 filialı var. Hamısı da Bakıda yerləşir.

«AL Market»lər şəbəkəsi isə mağazalarının sayını açıqlamaqdan imtina edib. Şəbəkədən bildirilib ki, «AL Market» bu məlumatı məxfi saxlayır. (FED.az)

Tarix: / Foodinfo