Şəki-Zaqatala zonasında ilk dəfə olaraq xüsusi göbələk yetişdiriləcək

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.

Qəbələ sakini Abdullayev Elçin də göbələk yetişdirilməsi ilə məşğuldur. Belə ki, Şəki-Zaqatala iqtisadi zonasında ilk dəfə olaraq Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə xüsusi göbələk yetişdiriləcək

Elçin Abdullayev 2017-ci ilin oktyabr ayından göbələklə maraqlanır: “İlk öncə xaricdən toxum gətirərək öz həyətimizdə kiçik bir parnik saldım və göbələyi yetişdirdim. Yetişdirdiyimi bu göbələyi öz qohum və dostlar arasında payladıq. Nəticəsi çox yaxşı olduğundan bunu böyükmək qərarına gəldim. Lakin mənim maliyyə çətinliyim olduğu üçün ABAD-da müraciət etdim. Mənə bildirdilə ki, Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək məqsədi ilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı var. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi kənd yerlərində müasir və davamlı ailə təsərrüfatlarının yaradılması və Avropa standartlarına və təcrübələrinə uyğun bərabər imkanların yaradılmasını təmin etməklə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yardım etməkdir. Mən də öz növbəmdə bu layihəyə qoşuldum, müxtəlif təlimlərdə iştirak etdim. Bununla yanaşı istehsalı artırmaq üçün lazım olacaq maddi dəstək üçün müraciət etdim”.

E.Abdullayev bildirir ki, 2018-ci ilin oktyabr ayından başlayaraq Qəbələdə 250 kvadrat sahəyə malik olan parnik quraşdırmağa başlayıb Hazırda işlərin 90 faizi görülüb. Bir aydan sonra göbələk əkininə başlanacaq və satışı həyata keçiriləcək.

Parnik 3 hissədən ibarətdir, yetişdirmə, mayalandırma və paketləmə otaqlarıdır.Nəzərdə tutulub ki, burda ayda 10 ton kampos vurulsun bununla da hər ay bu parnikdən 1-2 ton göbələk götürmək olacaq. (SalamNews)

Tarix: / Foodinfo