“A Klass” dondurmaları haqda bilmədiklərimz

“A Klass” dondurmaları Azərbaycan dondurma sektorunda yüksək keyfiyyətinə görə qısa zamanda istehlakçıların zövqünü oxşamağı bacarıb və damaq dadına uyğunlaşıb.

Keçmişin unudulmaz ləzzəti, qulaqlarımızdakı saf dondurmaçı səsi və ləziz dondurma dadını geri qaytarmaq üçün bugünkü cəmiyyət çox səy göstərir. Köhnə təbiətə qayıtmaq və qidamıza qayğı göstərmək məqsədilə “A Klass” dondurmalarının istehsal prosesində təbii və olduqca sağlam xammallardan istifadə edilir. İstifadədən əvvəl xammallar şirkətdə fəaliyyət göstərən laboratoriyalarda diqqətlə analiz edilir və yoxlanılır.

Hər zövqə və damaq dadına uyğun rəngarəng çeşidləri ilə tanınan “A Klass” dondurmalarının hazırlanmasında müasir texnoloji avadanlıqlardan istifadə edilir. Şirkət Bakı və respublikamızın digər regionlarını əhatə edən böyük satış şəbəkəsinə malikdir.

“A Klass” dondurmaları çox dadlı və olduqca fərqli tamlı dondurma çeşidləri ilə isti yay günlərində özünüzü gümrah və sərin hiss etməyinizə kömək olacaq. Dondurmaların tərkibindəki fosfor və kalsium sümüklər üçün əsas elementlərdən olduğu üçün bu məhsul olduqca zəngin və faydalıdır. Sağlam şərtlərdə saxlanan dondurmaların heç bir zərəri ola bilməz, əksinə qida mütəxəssisləri dondurmanın qış aylarında da yeyilməsini məsləhət bilirlər.

“A Klass” dondurmalarının əsas məqsədi xalqımızı keyfiyyətli qida məhsulları ilə təmin etməkdir.

Tarix: / Foodinfo