Toyuqlar kütləvi şəkildə qırılır (FOTO)

Bərdə rayonunda ev quşları kütləvi şəkildə tələf olur.

Tələfat rayonda Firdovsi Məmmədova məxsus quşçuluq təsərrüfatlarında qeydə alınıb.

F.Məmmədov bildirib ki, son bir ayda on iki mindən çox ev quşu ölüb. O, keyfiyyətsiz qidanın quşların ölümünə səbəb olmasından şübhələnir.

“Yem məhsulunun keyfiyyəti aşağı olduğundan ev quşları zəifləyərək ölür”, – deyə fermer iddia edir.

Fermerə 40 min manatdan çox ziyan dəyib. (Oxu.az)

Bizimlə əlaqə saxlayın