Kartofu qızardarkən xərçəng törədən maddə yaranır

Nişastalı ərzaqlar, xüsusən kartof dağ yağda qızardılarkən orqanizm üçün toksiki təsir edən və kanserogen maddə kimi tanınan Akrilamid yaranır. Onun yaranmasını və təsirini minimuma endirmək üçün, kartof free, çips və sadəcə qızartma zamanı bir neçə qaydaya əməl etmək lazımdır.

Qeyd edək ki, akrilamid 120 dərəcə və yuxarı temperaturda kimyəvi reaksiyalardan yaranır.

Dünya Səhiyyə Təşkilatının məlumatlarının analizləri göstərdi ki, Avropa Birliyinə daxil olan 24 ölkədə və Amerikada  akrilamid əsasən bu qida məhsulları ilə yayılıb: çips, fri, kofe, ponçiklər, qarğıdalı partlaması – hansı ki, tərkibində şəkər və yüksək miqdar nişasta vardır.

Ən yüksək hədd isə çips və qızardılmış kartofda müəyyən edilib.
Hazırda akrilamid təhlükəsindən qorunmaq üçün Avropada yeni texnologiyalar hazırlanır, xüsusi fermentlərin əlavə olunması nəzərdə tutulur ki, həmin reaksiya baş verməsin.

Evdə isə kartof qızardarkən, bu zərərli maddənin təsirini minimuma endirmək üçün kartofları soyduqdan sonra qızartmazdan öncə 1 saat suda saxlayıb, nişastasını yumaq lazımdır.

Kartofu çox yüksək temperaturda qızılı və qəhvəyi rəng alıb qızarana kimi saxlamayın. Bir az saraldı yetərlidir. Eləcə də qızardarkən çox nazik doğramayın, əksinə qalın kəsin. 14 mm ölçüdə kartofda daha az akrilamid yaranır. (Medicina)