Bu restoranda bütün ofisiantlar robotdur

Türkiyənin Ataköy adlı bölgəsindəki restoranların birində insanlara xidmət robotlar vasitəsilə həyata keçirilir.

“Robi” adlı 3 robot müştərilərin xeyli marağına səbəb olub. Hətta bəzi insanlar sırf robotları görsün deyə restoranı ziyarət edirlər. Robotların boyu 1.55 metrdir və demək ola bilər ki, bir ofisiantın edə biləcəyi bütün servisləri həyata keçirir.

Planşetlər vasitəsilə  masalara yaxınlaşan robotlar servis əsnasında mahnı da oxuyur. Müştəri sifarişi verdikdən sonra robotun əlinə toxunur və o geri qayıdaraq sifariş olunan yeməyi gətirir.

Qeyd edək ki, dünyada belə robotlara rast gəlinsə də, Türkiyədə bu ilkdir. (Modern.az)