10 ildir ki, çips kimi qidalar yediyi üçün “görmə və eşitmə qabiliyyətini itirib”

Böyük Britaniyada 17 yaşlı oğlan son on ildə “qeyri-sağlam qidalar qəbul etdiyi üçün görmə və eşitmə qabiliyyətini itirib”.

Həkimlər daxili xəstəlikləri tərtib etdikləri sənəddə bu gəncin kartof çipsi, kartof qızartması, ağ çörək və vetçina və ya kolbasa ilə qidalanma nəticəsində 15 yaşından etibarən görmə və eşitmə problemi ilə üzləşdiyini bildiriblər.

Bu gəncdə “qeyri-sağlam qida istifadəsi” nəticəsində vitamin çatışmazlığı aşkarlanıb. Bu isə, həmin şəxsdə qidalanmaya bağlı olan optik nevropatiyaya (sinir saisteminin pozulması) səbəb olub. Bu narahatlıq daha çox uşaqların yetərsiz qidalandığı inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.

Sözügedən gənc 14 yaşında yorğunluğa görə həkimə müraciət edib. O, “yemək seçicisi” olub, heç bir dərman qəbul etməyib və digər sağlamlıq problemi də olmayıb.

Lakin qan analizləri gəncdə B12 çatışmazlığına görə qanazlığının olduğunu göstərib. Bu isə, yorğunluğa səbəb olan amillərdən biridir.

15 yaşında isə o, eşitmə qabiliyyətini itirməyə başlayıb. Daha sonra isə, görmə qabiliyyətini itirməyə başlayıb. İki il ərzində getdikcə ağırlaşan eşitmə və görmə imkanları 17 yaşında tamamilə itirilib.

Sənədi hazırlayanlardan Dr. Deniz Atan “B vitamini və mis çatışmazlığının da görmə və eşitmənin itirilməsinə səbəb ola biləcəyini” söyləyib. Deniz Atan gəncin sümüklərindəki zəifliyin D vitamini çatışmazlığından irəli gəldiyini və bunun yetərli miqdarda balıq yağı, pendir və yumurta istifadəsinin olmaması ilə əlaqədar olduğunu bildirib.

Deniz Atan gəncin yemək vərdişləri ilə bağlı deyib ki, o “hər gün məhəllələrindəki balıqçıdan yalnız kartof qızartması alır, çips atışdırır, ağ çörək və vetçina və kolbasa yeyirmiş”. (BBC)