Fransanın beynəlxalq şirkəti Azərbaycan bazarını tərk edir

Fransanın beynəlxalq özəl süd şirkəti – “GROUPE LACTALİS”in Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir. 

Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxatrov küçəsi, ev 203 A, mənzil 37 ünvanına bildirə bilərlər.

Həmçinin eyni ünvanda yerləşən “BSA Beynəlxalq SA” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxatrov küçəsi, ev 203 A, mənzil 37 ünvanına bildirə bilərlər. (Marja)

Tarix: / Foodinfo