Məşhur «Motsart» şokoladlarının sahibi – ERMƏNİ NAZİR İMİŞ

Ermənistanda bir neçə gün əvvəl həbs edilən keçmiş maliyyə naziri Qaqik Xaçatryanın işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

İndiyə qədər də Ermənistanın ən varlı şəxslərindən sayılan keçmiş nazirin Ermənistandan kənarda və Avropada böyük əmlaklarının olduğu müəyyən edilib.

Qeyd edək ki, Xaçatryan 2008-2016-cı illərdə vergi və gömrük xidmətinə rəhbərlik edib, 2014-2016-cı illərdə isə eyni zamanda maliyyə naziri vəzifəsini də yerinə yetirib. Yeri gəlmişkən, məhz bu səbəbdən son vaxtlara qədər Ermənistana gətirilən malların gömpük rəsmiləşdirilməsini ona məxsus olan «Norfolk konsaltinq» şirkəti həyata keçirirmiş.

Ermənistandakı əmlaklardan savayı keçmiş nazirin Avropada da maraqlı yatırımları ortaya çıxıb. Belə ki, 2011-ci ildə Xaçatryan 200 milyon avro müqabilində Avstriyanın Zalsburq şəhərindəki şokolad fabrikini alıb. Qeyd edək ki, bu zavod dünya şöhrətli «Motsart» şokoladları istehsal edir. «Motsart» şokoladları Avstriyanın simvollarından sayılır və turistlərin ən çox aldığı məhsullardandır.

Şokolad zavodu nazirin öz adına deyil, oğlunun adına rəsmiləşdirilib. Ermənistanın mobil operatorlarının səhmlərinin 41%-i də keçmiş nazirə məxsus olub və qohumlarından birinin adına rəsmiləşdirilib. (Fed.az)