Dünyada şəkər sürətlə ucuzlaşır

Dünya bazarında ağ şəkərin qiyməti son 11  ldə ən aşağı həddə düşüb. 

Bazarda təklif bolluğu səbəbindən hazırda qiymətlər 2008-ci ildəki həddədir.

Qiymətin ucuzlaşması onunla nəticələnib ki, şirkətlər zavodlarını bağlamağa və işçilərini ixtisar etməyə başlayıb. Fermerlər isə şəkər çuğunduru sahələrini azaldırlar.

Avqustda rafinə edilmiş ağ şəkər 6,3% ucuzlaşıb və indi tonu 303,6 dollardır. Rafinə edilməmiş şəkər isə 8,4% ucuzlaşıb və hazırda kiloqramı 25 sentə satılır. «Bloomberg»in proqnozlarına görə, şəkər bazarındakı çətin vəziyyət davam edəcək. «Bazar nisbətən zəif olaraq qalacaq», — deyə ABN Amro Bank NV-nin analitiki Kasper Burqerinq bildirib.

Şəkər ehtiyatlarının və təklifin artması səbəbindən gələn il şəkərin bir qədər də ucuzlaşacağı gözlənilir. «Czarnikow Group»un analitiki  Stiven Qeldar hesab edir ki, iri idxalçılar şəkər almağa tələsməyəcəklər: «İndiyədək bizim bu qədər çox şəkər ehtiyatımız olmayıb».

Dünyada şəkərin belə bolluğunun səbəbi Hindistanda şəkər istehsalının kəskin artması olub – bu il Hindistan 33,1 milyon ton şəkər istehsal etməklə dünyanın ən böyük şəkər istehsalçısı olub. (Fed.az)