“Gənclik mall”da insident olub

“Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.

Bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, hətta sürüyüblər.

Məsələ ilə bağlı ticarət mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”. (Qafqazinfo)

Tarix: / Foodinfo