Rusiya şokoladları Azərbaycan bazarını “işğal edir”

Azərbaycan 2019-cu ilin 1-ci yarısında (yanvar-iyun dövründə) 20 mln. 306 min dollar dəyərində şokolad idxal edib. Bu barədə  hökumətdən məlumat verilib.

“Yanvar-iyun aylarında Azərbaycan  20 mln. 306,24 min dollar dəyərində 7984  ton şokolad idxal edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi miqdar ifadəsində 4,6%, dəyər ifadəsində 9% artıb”, – deyə məlumatda bildirilir.

Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Cari ilin 1-ci yarısında Rusiyadan 13 mln. 483  min dollar dəyərində (artım 15,8%) 5815 ton şokolad (artım 13,9%) idxal edilib. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana şokolad idxalının 72,8%-i RF-nin payına düşüb.

Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır. Yanvar-iyun aylarında bu ölkədən 1 mln. 959 min dollar dəyərində 973,32 ton məhsul idxal edilib.

AZƏRBAYCANIN ŞOKOLAD İXRACI AZALIB

Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 mln. 815 min dollar dəyərində (azalma 8,2%) 862,3 ton şokolad (azalma 4,1%) ixrac edib. Rusiyaya 831,34 min dolar dəyərində (azalma 0,7%) 391,81 ton şokolad (azalma 0,8%) ixrac edilib. (İnterfaks Azərbaycan)

Tarix: / Foodinfo