Kafe və ya restoran üçün kassa lazımdır?

PAŞA Bank restoran biznesi ilə məşğul olan sahibkarlar üçün xüsusi olaraq kafe, bar və restoranlarda istifadəsi asan olan və vergi qanunvericiliyinin gözlənilən yeni tələblərinə cavab verən ödəniş-kassa aparatı – SMART Kassanı təklif edir.

SMART Kassa aparatının üstünlükləri:

-Android ƏS bazasında 5.5″ sensor ekranlı rahat daşınan yığcam aparat hətta müştəri masasının yanında asanlıqla istifadə edilə bilər;

-Piştaxtanızı kabel və çoxsaylı fərdi qurğularla (böyük kassa, POS terminal, printer, kompüter) məşğul etmir;

Kassirin ayrı-ayrı əməliyyatlar üçün əlavə vaxtını almır – indi çek və POS çıxarışları bir toxunuşla hazırlanır.

SMART Kassa aparatını indi alaraq siz həm plastik kart qəbulu, həm də nağd pul qəbuluna imkan yaradan innovativ terminal əldə edirsiniz və AR Vergi Məcəlləsinə yaxın gələcəkdə ediləcək dəyişikliklərə hazır olursunuz.