Azərbaycanda kərə yağı istehlakı sürətli templərlə aşağı düşür

2018-ci ildə Azərbaycan əhalisi 32 min tondan artıq kərə yağı istifadə edib, bu da ötən ildən 4,1% azdır. Bu barədə ötən il üçün ölkənin Ərzaq Balansında deyilir.

Ötən il kərə yağı idxalı (9 759 ton) 9,5%, yerli istehsal isə 6,6% (23 638 ton) azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü illə müqayisədə (44 472 ton) Azərbaycanda kərə yağı istehlakı 28% azalıb.