Düyü üzrə idxaldan asılılıq yüksək qalır

Azərbaycandan valyutanın çıxmasının səbəblərindən biri də düyü idxalıdır.

Dövlət Gömrük Komitəsinin aylıq statistikasının məlumatına görə, 2019-cu ilin yanvar-iyul dövründə Azərbaycana 23 milyon 562 min dollar dəyərində 28 123 ton düyü idxal olunub.

Ölkəmizin düyüyə illik tələbatının 40 min tondan yuxarı olduğu bildirilir.

Yerli istehsal tələbatı tam ödəmədiyi üçün düyü üzrə idxaldan asılılıq yüksəkdir. Təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən Azərbaycana 51 min 60 ton düyü idxal olunub ki, buna 36 milyon ABŞ dolları xərclənib. İl ərzində isə cəmi 8 ton düyü ixrac edilib.  (Marja)

Tarix: / Foodinfo