Paytaxtda 21 çadır tipli kəsim məntəqəsi yaradılıb – VİDEO

Kəsim məntəqələri hazır vəziyyətə gətirilib.
Azərbaycan  Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil olunub.
REAL xəbər verir ki, infotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olma imkanı yaradılıb.
REAL-a müsahibəsində Respublikanın Baş Baytarlıq müfəttişi  Qalib Əbdüləliyev Qurban bayramında heyvan kəsiminin qida təhlükəsizliyi tələblərinə əməl olunmasını təmin etmək üçün ciddi hazırlıqlar getdiyini bildirib: “Paytaxt ərazisində 21 çadır tipli kəsim məntəqəsi və 12 daimi fəaliyyət göstərən kəsim məntəqəsi olacaq. Burada 14-15 heyvanın soyulması mümkündür. Bu düşərgələr yerli icra halimiyyəti orqanları, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti ilə yaradılıb. Vətəndaşlar  ünvanların əldə olunması üçün yerli icra halimiyyəti orqanlarından məlumat əldə edə bilərlər. Rayonlardan buraya gətirilən heyvanların istiqamətlənməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyininə və Daxili İşlər orqanlarına məlumat verilib ki, bu düşərgələrdə heyvan kəsimi məqsədi ilə heyvanlar istiqamətlənsin”.

 

Tarix: / Foodinfo