Tez-tez mərci yeməyə 10 səbəb- Qanı artırır

Mərci istər yaşıl, istər sarı, qırmızısı zülal və sellüloza ilə zəngindir, zülal tərkibinə görə əti əvəz belə edir.
Dietoloq və həkimlər mərcini ən orqanik, ekoloji təmiz məhsul olduğundan və digər paxlalılardan daha az köp yaratdığından, tez həzm olduğundan həftədə 3 dəfə yeməyi də tövsiyyə edir.

Foodinfo.az Medicina.az-a istinadən bol miqdar mərci yeməyin 10 əsas faydasını təqdim edir:

1. Həzm problem olanlar üçün əvəzsizdir, qəbizlik, qıcıqlanmış bağırsaq sindromunda yeyilməlidir
2. Tərkibindəki amin turşuları orqanizmdən zərərli toksinləri çıxarır. Mərciyə radionuklidlər və nitratlar hopmur.
3. Fol turşusu ilə zəngindir, hamiləlikdən öncə, hamilələr bol yeyə bilər.
4. B9 vitamini sinir sistemini gücləndirir, sakitləşdirir, qırmızı qan hüceyrələrini artırır
5. Dəmir defisitli anemiyada qanı artırır
6. Antioksindantlarla zəngindir, dərini haçarlayır, cavanlaşdırır
7. Kaliy ilə zəngindir, ürək-damar sistemi, ürək əzələsi üçün vacibdir.
8. Qanda şəkəri salır, insulinin əzələ və qaraciyərə qlükoza daşınmasını asanlaşdırır
9. Menstrual tsikl pozğunluğunda faydalıdır
10. Estrogen, testosterone, progesteronun sintezini normallaşdırır, sonsuzluq və cinsi istəksizliklə mübarizə aparır

Mərcidən təkcə şorba bişirmirlər. Onu sadəcə bişirib salat edə bilərsiz.

Tarix: / Foodinfo