Altı ayda Bakıda 624,5 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatları istehsal olunub

Bu ilin 6 ayında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manatlıq məhsul istehsal edilib.

Foodinfo.az AZƏRTAC-a istinadən xəbər verir, Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz, içki istehsalında 52,5 faiz, qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub.

Ötən ilin eyni aylarına nisbətən bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 2,4 dəfə, şirin peçenye istehsalı 2,5 dəfə, kolbasa məmulatları 35,3 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı 18,7 faiz artıb.

Tarix: / Foodinfo