“Bazarstore” “Grandmart”a yeni rəqib gətirir

Bakıda “Bazarstore” marketlər şəbəkəsinin yeni mağazası açılır.

Foodinfo.az-ın xəbərinə görə, yeni mağaza Qara Qarayev prospektində, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda həmin ünvanda olan “Yeganə” adlı mebel mağazası bağlanmaq üzədir.

Qeyd edək ki, yeni açılacaq mağaza “Grandmart” marketlər şəbəkəsinə aid mağazanın (həmin mağaza Bəhruz Nuriyev küçəsindədir) yaxınlığındadır.  Belə qənaətə  gəlmək olar ki, əslində, “Bazarstore” bu mağazanı “Grandmart”a rəqib olaraq açır. Lakin “Grandmart”ın Bəhruz Nuriyev küçəsindəki mağazası “Yeganə” mebel mağazasından sahəsinə görə daha böyük olduğundan, bu rəqabətin “Bazarstore” üçün asan olmayacağı görünür.

Foodinfo.az