“Bitki əti” yetişdirən şirkət bu dəfə balıq əvəzedicisinə girişir

Kaliforniyalı “Impossible Foods” startapı bitki əsaslı balıq ətinin əvəzedicisi üzərində çalışmağa başlayıb.

Hazırda şirkət balıq dadının təhlilində diqqətini cəmləyib. Bu dad, çox güman, süni ətin hazırlanmasında tətbiq edilən zülalın istifadəsilə yaradılacaq.

Balığın süni analoqları ilə əvəz edilməsi üzrə layihə tərəfdaşları bunu ekoloji zərurət hesab edir. Ümumdünya İqtisadi Forumun məlumatlarına əsasən, dəniz balığının dünya ehtiyatları 90% tükənib – bunun səbəbi ilk növbədə həddən artıq ovlamadadır.

Nəşriyyat bildirir ki, 2035-ci ilə startap artıq bütün heyvan mənşəli məhsullar üçün analoqlar yaratmağı planlaşdırır. Lakin buna necə nail olacaqlarını və nə qədər vəsait xərcləyəcəklərini şirkət açıqlamır.

Qeyd edək ki, cari ilin aprelində “Impossible Foods”-la əməkdaşlığı haqda “Burger King” elan etmişdi. Onlar birgə adi “Impossible Whopper”-i – bitki əsasında kotleti – satışa buraxdılar. Vegetarian yeməyinin satış startı fonunda restoranların ziyarətçi sayı 18% artdı. ( İnsider.az)