Rusiya ərəblər üçün halal qida istehsal edəcək

Payızda Birləşmiş Ərəb Əmirliklərindən Beynəlxalq Kosmik Stansiyaya gedəcək astronavtlar üçün milli ərəb yeməkləri istehsal ediləcək.

Bu öhdəliyi Rusiya Kosmik Qida Labaratoriyası öz üzərinə götürüb.

Rus elm adamları ərəb astronavtlar üçün halal konservləşdirilmiş qida istehsal edəcək. Qidalar arasında dəniz məhsulları da olacaq.

Yeməklərin avqust ayında hazırlanması planlaşdırılır.

Qeyd edək ki, Rusiya və BƏƏ 2018-ci ilin yayında astronavtların ilk dəfə BKS-ə getməsi məsələsində razılığa gəlmişdi. Hazza Mənsuri və Sultan Niyadi adlı namizədlər Moskvada təlimlərə başlamışdı. (publika.az)