Cinsi həvəsi artıran 25 qida – Həm kişilər, həm qadınlar üçün

Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var.
Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır.

Cinsi aktivliyi bərpa edən qidaların top 25 siyahısını təqdim edirik.

Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.

1.Aloe

Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərində bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir.

2.Ənginar

Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu “genital orqanları qızışdıran” adlandırır. Siz də ənginarla dost olun.

3.Banan

Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər.

4.Reyhan

Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir
5.Vanil

Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin

6.Kürü

Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir.

7.Zəncəfil kökü

Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır.

8.Küncüt toxumu

Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir.

9.Soğan

Qirmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir.

10.Manqo

İlahi nemətdir. Qadınlara da təsir edir.

11.Bal

Tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir.

12.Badam

Qozların şahıdır. Ərəblər qədimdən onu cinsi aktivlik dərmanı kimi yeyir.

13.Kök

İbn Sina yazır ki, yataq problemlərində kök və kökün kökləri faydalıdır.

14. Nanə

Təzəsi və qurusu dəmlənir, suyu içilir.

15.Təmiz zeytun yağı

Cinsi orqanların qidasıdır. Yunan tanrıları əsatirə görə, səhər tezdən zeytun yağı içib, bir iri qaşıq bal yeyərdilər ki, gücləri artsın.

16.Arı məhsulları

Vələmum, tozcuq, propolis – dünya atletləri tərəfindən qəbul edilir.

17.Sünbül

Seksual vitamin olan E ilə zəngindir, smermatogen təsir edir.

18.Kərəviz, cəfəri

Gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin

19. Xurma

Spermanın sayını artırır

20.Sarımsaq

Əfsanəvi sevgi qidasıdır. İtalyanlar sarımsaq yemədən qadın yanına getmirlər.

21.Dəniz ilbizi, dəniz məhsulları

Delikateslər aktiv afrodiziakdır. Seksuallığı artırır.

22.Şokolad

Xüsusən qadınlara başgicəlləndirici təsir edir. Həzz hormonu serotonini artırır, yüngül eyforiya verir. Günə 50 qr

23. Yumurta

Qədim ərəb müəllifi Şeyx Əl Nafzafi kişi potensiyası üçün kişinin bir neçə ədəd yumurtanı bol yağda bişirib yeməsini məsləhət görüb.

24.  Dovşan əti

Dovşan əti kişilərin cinsi orqanlarının qan damarlarını tutmur, xolesterindən təmizləyir.

25.Zəfəran, darçın

Qadınları ehtiraslandırır, ətri sevgi oyadır. Çaya, südə qatıb için

(medicina)

Tarix: / Foodinfo