Bakıda meyvə milçəyi yayılıb? (FOTO)

Ölkə ərazisi üçün karantin hesab edilən zərərli orqanizmlərlə mübarizə tədbirləri davam etdirilir

AQTA tərəfindən ölkə ərazisində aparılan fitosanitar müşahidələr zamanı Bakı ətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən Aralıq dənizi meyvə milçəyi (Ceratitis Capitata Wiedermam, 1824) aşkar edilib.

Zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə Agentlik əməkdaşları tərəfindən müşahidələrə başlanılıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstititutunun müvafiq laboratoriyaların göndərilib, nümunələrdə zərərli orqanizmin özünə və ya izlərinə rast gəlinməyib.

Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Agentlik tərəfindən Abşeron rayonu, Bakı və Bakı ətrafı ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlanılıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.

Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində -Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanstan, Almaniya, İsveç, Avstriya, Belçika. Niderland və s. daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.

На данном изображении может находиться: растение, природа и на улице

На данном изображении может находиться: один или несколько человек, дерево и на улице

На данном изображении может находиться: 1 человек, стоит, растение, телефон и на улице

 

Tarix: / Foodinfo