İyun ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1405 müraciət daxil olub

2019-cu ilin iyun ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1405 müraciət daxil olub.

Foodinfo.az xəbər verir ki, daxil olan müraciətlərdən 330-u sertifikatlaşdırma və qeydiyyat, 353-ü idxal-ixrac əməliyyatları, 127-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin  69-u işə qəbulla, 493-ür isə digər xarakterli müraciətlər olmuşdur.

Tarix: / Foodinfo