“Cafe Anderson”dan şikayət var

Sosial şəbəkələrdə “Af mall”da yerləşən “Cafe Anderson”dan şikayət yayılıb.

Foodinfo.az-ın xəbərinə görə, şikayətdə müştəri “Anderson” kafesindəki qiymətlərdən və xidmətlərdən narazılıq edib.

Qızı ilə həmin kafeyə gedən müştəri yazır ki, obyektdə müştərinin az olmasına baxmayaraq menyu düz 3 dəfə istədikdən sonra gətirilib:

“Fanta” sifariş etdim, ofisiantın məni döymədiyi qaldı. “Ay xanım nəəə? Yox, yox, yox. Bizdə “Fanta” qətiyyən olmur”. Dedim onda çay verin, soruşdu adi çay? Dedim bəli. Yaxşı ki, hələ adi çay istəmişdim, yoxsa yəqin mətbəxdə qab yuyacaqdım. Çay gəldi içdim, hesab gəldi. Bir çaynik maksimum 3 stəkan çay tutur. Adi üç stəkanlıq çaya 9 manat pul ödədim, hələ də ağlımdan çıxmır”.

Tarix: / Foodinfo