Biləsuvar və Beyləqanda pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri Biləsuvar və Beyləqan rayonlarında pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirib.

Foodinfo.az xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının mütəxəsisləri, Azərbaycan Gübrə İdxalçıları və İstehsalçıları Assosasiyasının əməkdaşları və xarici mütəxəsislər də iştirak edib.

Görüşdə mövsümlə əlaqədar olaraq pambıq bitkisinin zərərli orqanizmləri ilə mübarizədə inteqrir üsulun əhəmiyyəti və əkinlərdə pestisidlərin tətbiq reqlamenti, kimyəvi mübarizə zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyi barədə fermerlərə məlumat verilib.

Qeyd olunub ki, pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası, pambıq mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. Azərbaycan şəraitində pambıq bitkisinə vertisillioz soluxma (vilt), fuzarioz soluxma, hommoz və kök çürümələri kimi başlıca xəstəliklər, kalış, adi pıtraq, yumrucuqlu cil, ilişən qıllıca kimi alaq otları böyük iqtisadi zərər vurur.

AQTA əməkdaşları tərəfindən sadalanan zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərəri və mübarizə üsulları barədə fermerlərə məlumat və tövsiyələr verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

Tarix: / Foodinfo