AQTA-da görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyində Avstriyanın Azərbaycandakı səlahiyyətli səfiri və şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Avstriyanın Azərbaycandakı səlahiyyətli səfiri və qida sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AQTA-nın aparat rəhbəri Zəkiyyə Mustafayeva nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər haqqında məlumat verib. Bildirilib ki, Agentlik əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Nümayəndə heyətinə rəhbərlik edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bayerl səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələr arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında qida sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Foodinfo

Tarix: / Foodinfo