Ət məhsulları alarkən nələrə diqqət edək? – Agentlikdən əhaliyə xəbərdarlıq

“Yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq”.

Foodinfo.az xəbər verir ki, Qida Təhlükəsizlik Agentliyinin yaydığı tövsiyyə xarakterli məlumatda belə deyilib. Agentlik istehsalçılarla yanaşı istehlakçılara isti yay günlərində ət və ət məhsullarına, onların istifadəsinə diqqət etməyi tövsiyyə edir. bildirilib ki, ət məhsulları  qida zəncirinin yüksək risk dərəcəsinə malik olduğundan İstehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, kif əlamətləri, qaxsıma, turşuma, rəng və dad müşahidə etdiyi məhsulları almamalıdır. Eyni zamanda ət məhsulları soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır. Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir.  Yay aylarında rənglənmiş boyalı ət məhsullarından uzaq durmaq tövsiyə olunur. Çünki boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Tarix: / Foodinfo