İçki, qida və tütün istehsalında artım olub

Cari ilin ilk 5 ayında ötən ilin yanvar-may ayları ilə müqayisədə içki istehsalında 59,8 faiz, qida məhsullarının istehsalında 20,5 faiz, tütün məmulatlarının istehsalında isə 14,9 faiz artım müşahidə edilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,9 dəfə, kolbasa məmulatları 43,3 faiz, qaymaq və xama istehsalı 17,5 faiz, cem və marmeladların istehsalı 9,8 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı isə 23,8 faiz artıb.

AzərTac

Tarix: / Foodinfo