Müştərilər “Boranı” restoranındakı xidmətdən niyə narazıdır?

Müştərilərdən biri “Boranı” restoranının Əhmədli filialından şikayətçi olub. Foodinfo.az xəbər verir ki, müştəri sadə sifariş verdiyi üçün ayrı-seçkiliklə üzləşdiyini, sifarişinin də düzgün gətirilmədiyini deyir.

“Boranı restoranı Əhmədli ulduz xəstəliyinə tutulub. Özlərini vaz keçilməz hesab edirlər. Içəridə ora bura gedən bir neçə nəfər qalstuklu şəxs və ona yaxın ofisiant var. O ki, günün pik vaxtı olar bunların əl ayaqları bir-birinə dolaşır. Sifariş çox sadə otaq temperaturunda olan kola və dönər olur. 10 dəqiqəyə kola gəlir buz kimi. Deyirəm ay yoldaş mən dedim axı otaq temperaturunda olsun. Ofisiant deyir ki, axı sistemə vurulub.  10 dəqiqə sonra dönər gəlir. Demək 20 dəqiqəyə bir kola bir dönər gətirmək çətindir? Niyə çünki adam çoxdur və siz çox olanlara xidmət eləməlisiz? Sadəcə rəzalət.”

Tarix: / Foodinfo