Yumurtanı necə qaynatmalı? – FAYDALI MƏSLƏHƏTLƏR

Foodinfo.az oxuculara növbəti faydalı məsləhətlərini təqdim edir:

Əti qaynadarkən daha tez bişməsi üçün onu axırda duzlamaq lazımdır;

Yumurta qaynadarkən suda qabığının sınmaması üçün suya 1 çay qaşığı duz tökmək lazımdır;

Çiy tərəvəzlərdən hazırlanmış salatlar süfrəyə qoyulmazdan 15 dəqiqə əvvəl hazırlanmalıdır;

Limondan daha çox şirə sıxmaq üçün onu 5-7 dəqiqə isti suda saxlamaq lazımdır;

Pendiri rahat sürtgəcdən keçirtmək üçün onu bir az qurutmaq lazımdır;

Salatlar üçün tərəvəzlər soyuq halda doğranmalıdır. İsti tərəvəzi doğradıqda salat keyfiyyətini itirir;

Südə şəkər qatıb (1 litr südə 1 çay qaşığı) qaynatdıqda uzun müddət təzə qalır və vitaminləri itmir.

Ülkər/Foodinfo.az

Tarix: / Foodinfo