Bu restorandan şikayət var

Bakıda, Elşən Süleymanov küçəsində yerləşən “Kölgə” restoranından şikayət var. Foodinfo.az xəbər verir ki, restorandan gecə saatlarında gələn musiqinin səsi ətrafda yaşayan sakinləri narahat edir. Sakinlər deyir ki, musiqinin səsindən pəncərələri aça bilmirlər.

“Əhvali-ruhiyyəmizdən asılı olmayaraq, elə bil toyxanadayıq. Saat 6-dan gecə saatlarına qədər yüksək səslə verilən musiqi evdə oturmağa imkan vermir” deyə sakinlər narahatlıqlarını ifadə ediblər.

Tarix: / Foodinfo