AQTA-dan Rusiyadan pomidor qaytarılması iddalarına münasibət

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, məhsullara baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

Qida Təhlükəsizliyi Agentliyindın Foodinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.

“Hazırda Agentliyin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb və həqiqətə uyğun olub olmadığı araşdırılır.

Fakt öz təsdiqini taparsa, Agentlik tərəfindən aidiyyəti tədbirlər görüləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.”

Tarix: / Foodinfo