Künəfəni evdə özünüz bişirin – RESEPT

Künəfə türk şirniyyatıdır, amma ölkəmizdə də onu yeməyi çox sevirlər. Bu reseptlə özünüz də evdə ləzzətli künəfə bişirə biləcəksiniz.

Ərzaqlar:

200 qr tel kadayıf
100 qr kərə yağ

200 qr dil pendiri

Şərbəti üçün:

1 stəkan yarım şəkər tozu

1 stəkan yarım su
3-4 damcı limon suyu

Bəzəyi üçün:

Üyüdülmüş yaşıl fıstıq və qaymaq

Hazırlanması: 

Şəkər tozu ilə suyu qazana tökərək qaynadın və limon suyunu da əlavə edərək, ocaqdan götürüb soyumağa qoyun.

Kadayıfları otaq temperaturunda kərə yağı ilə yaxşıca yoğurun.

Digər tərəfdən bir tavanı kərə yağı ilə yağlayın. Kadayıfları tavaya boşluq qalmayacaq formada 1 sm qədər qalınlıqda yayın, üstündən aşağı basın.

Pendirləri doğrayıb bərabər şəkildə kadayıfın üzərinə tökün. Üzərini təkrar kadayıf ilə örtüb yenə aşağı basın. Az odda hər iki tərəfi də qızarana qədər bişirin.

Künəfə isti, şərbəti ilıq ikən üzərinə tökün, bir-iki dəqiqə şərbətdə saxladıqdan sonra bəzəyib, servis edin. Nuş olsun!(ailem.az)