Spermanın keyfiyyətini bu qidalar artırır – SİYAHI

Kişinin gücü və xoşbəxtliyi onun cinsi həyatından asılıdır. Kişilər bu mövzulara həssasdır və cinsi zəiflik və spermanın kəmiyyət və keyfiyyətinin düşməsindən çox qorxurlar.
Spermanın keyfiyyəti isə kişinin qida rasionundan çox asılıdır.
Spermatozoid sayını və hərəkətliliyini artıran 12 effektiv ərzaqlar araşdırılıb. Belə qidalar haqqında 2018-ci ildə Beynəlxalq Uroloji dərgidə də material dərc olunub. Orada yaxın gələcəkdə ata olmaq istəyən kişilərə C, E, A, vitamini, fol turşusu, antioksidantlarla zəngin qidalar yeməyi tövsiyyə edir.
1.Zülalla zəngin ət, quş əti
Qırmızı ət, quzu əti, quş və toyuq əti sink, zülal, B 12 vitamini ilə zəngindir.
Eləcə də kişilər yumurta yeməlidir. Ət dedikdə, təmiz kəsim ət, kənd toyuğu nəzərdə tutulur. Yarımfabrikat və fast-fooddan uzaq durun.
2.Qoz
Qozun bütün növləri selen və E vitamini ilə zəngindir. Gündə 70 qr qoz yemək spermatozoidlərin hərəkətliliyini artırır.
3.Balqabaq tumu
Onun lətiundə vitamin və antioksidantlar, tumlarında isə sink vardır. Araşdırmalar göstərib ki, çoxlu balqabaq tumu qəbul edən kişilərdə testosteron hormonu qalxır, bu da spermanın keyfiyyətinə müsbət təsir edir. Həm də bağırsaqlar qurdlardan təmizlənər.
4.Süd və süd məhsulları
Südə aid nə varsa – pendir, brınza, qaymaq, kəsmik gələcək atalar və güclü kişilər üçün lazımdır. Əgər vegeteriansınızsa bitki mənşəli südlərdən istifadə edə bilərsiz.
5.Qarağat
Bir qədər bahalı olsa da bazar və marketlərdə var. Çox güclü antioksidantdır. Prostat və toxumluqda əgər sərbəst radikal, maneə və iltihab varsa, aradan qaldırır. Bu giləmeyvəni kefirə, yoqurta, südə qatıb yeyin. Eləcə də qadın qarağatı yeyə bilər. Qarağat yeyənlərdə hamiləlik tez və uğurlu alınır.
6.Mərci
Bütün növləri fol turşusu ilə zəngindir. Mərci çox yesəniz, spermada xromosom anomaliyaları riski azalacaq. Həm də mərci təbii zülal və lif mənbəyidir.
7.Acı şokolad
Tünd, acı şokolad tərkibində L agrinin adlı amin turşusu ilə eaulyasiya, spermatozoidlərin hərəkətliliyinə təsir edir. Nə qədər şokolad acı, tünd olsa bir o qədər kişi cinsi aktivliyi üçün effektivdir.
8.Pomidor
Likopin adlı vacib antioksidantla zəngindir, spermanın morfologiyasını yaxşılaşdırır. Yaxşı olar ki, pomidoru çiy və ya bir az zeytun yağında pörtlədilmiş şəkildə qəbul edəsiz.
9.Narıncı meyvələr, yaşıl tərəvəzlər
Bu rəngdə nə görsəniz, yeyin. Təzə meyvə, giləmeyvə, tərəvəz, ispanaq, kahı, kələm növləri, vitamin C ilə zəngin göyərtilər sizi hər baxımdan təmizləyib qüvvətləndirəcək
10. Sarımsaq
Kəskin qoxusu olsa da, sperma miqdarını artırır. Onun tərkibində olan allisin xayalarda qan dövranını  yaxşılaşdırır ki, bu da spermatozoid sayını xeyli çoxaldır.
11.Yağlı balıq, losos, tuns
Kişilərə sperma üçün isidici, yağlandırıcı və Omeqa 3,6 ilə zəngin qidalar lazımdır. Ona görə yağlı balıq növləri, tuns, skumbriya, losos, dəniz məhsullarını həftədə 2-3 dəfə yeyin.
12.Ədviyyatları sevin
Libidp, potensiya, zəif spermaya qarşı sarıkök, qırmızı bibər, çili bibəri, darçın, mixək, kardamon, zəncəfil kimi ədviyyatlarla mübarizə aparın.
Ədviyyatları uyğun yeməklərə bol qatın, saqqız əvəzi çeynəyin, çayını, dəmləməsini için. (Medicina.az)

Tarix: / Foodinfo