AQTA sədri əsgərlərlə nahar edib – FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, səfər zamanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olmuş, hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə nahar edib.

 

Tarix: / Foodinfo