“Padişah” restoranında müştərini çətin duruma saldılar

Müştərilərdən biri Elmlər Akademiyası meteostansiyası yaxınlığında yerləşən “Padişah” restoranından şikayətçidir. Foorinfo.az xəbər verir ki, müştəri Ramazan ayında iftar süfrəsi üçün yer bron etsə də restorana gələndə tamamilə fərqli bir mənzərə ilə qarşılaşıb.

“Dostlarımı iftara dəvət etmək üçün restorana zəng vurub yer sifariş etmək istədiyimi bildirdim. Dedilər ki, telefonla olmaz, gərək bura gələsiniz. Durub restorana getdim, hələ üstəlik 10 manat də depozit qoydum. Mənə ayrılan stolu göstərdilər və rahat şəkildə getdim. Axşam isə dostlarımla birlikdə gələndə gördüm ki, bron etdiyim yerdə başqa şəxslər əyləşib. Restoran rəhbərliyindən səbəbini soruşanda mənə bir cavab vermədilər. Dostlarımın yanında pərt oldum, ac olaraq oradan çıxdıq.”

Qeyd edək ki, bir çox müştərilər restorandan eyni problemlə bağlı şikayət edirlər.

Tarix: / Foodinfo