“Museum Inn” restoranından şikayət: “Bir də getmərəm”

Bakıda fəaliyyət göstərən “Museum Inn” restoranından şikayət var. Foodinfo.az xəbər verir ki, müştəri restorandakı yeməklərin keyfiyyəti və xidmətdən narazıdır. Belə ki, ailəsi ilə birgə iftar etmək üçün “Museum Inn” restoranına gedib.

“Qızardılmış toyuq, burger və qızıl balıq salatı sifariş verdik. Toyuq gəldi içi qanlı və rezin kimi. Yeyə bilmədik. Salatda isə pomidor və xiyar köhnə idi. Sanki salatı doğrayıb bir gün saxlayıblar. Etiraz edəndə dedilər ki, gözümüzün qabağında doğrayıblar. Sonuncu gələn burger isə mən istəyən kimi bişməmişdi.”

Müştəri deyir ki, yeyə bilmədiyi yeməyə görə də 115 manat hesab ödəyib. “Məsələ pulda deyil. 225 manat da vermək olar. Amma əsas odur razı qalasan. Bu həmin restorana getdiyim son gün olacaq. Həmçinin ailəmin.”

Könül

Tarix: / Foodinfo