Bakıda kafedən ŞİKAYƏT: “Xəstəliklər yaydığınızdan xəbəriniz varmı?!”

Müştərilərdən biri “95 Degrees Coffee & Bruschetta”dan narazılıq edib. Foodinfo.az xəbər verir ki, vətəndaş oradakı qab-qaşıqların yuyulmasından narahatlıq ifadə edib. Müştəri deyir ki, nə sabundan istifadə edilir, nə də təmizliyə riayət olunur. Qablar-qaşıqlar sadəcə yaxalanır.

“Bu mənzərə şəhərin mərkəzindəki kafeteriyada baş verirsə, digərlərindən nə gözləmək olar?! Ümumiyyətlə, belə bir müəssisə işlədən şəxs, sizdə niyə qabyuyan maşın yoxdur ki, 80-90 dərəcə su altında qablar yuyulsun?! Hansı xəstəlikləri yaydığınızdan xəbəriniz varmı?! Bu müəssisələr sanitariya qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunmalıdır. Onların insanların sağlamlığı, həyatı ilə oynamağa haqqı yoxdur.”

Aysel

 

Tarix: / Foodinfo