“Dərya Fish House”da biabırçı iftar – CİDDİ ŞİKAYƏT

“Dərya Fish house” restoranında iftar etmək istəyən müştəri narazı qalıb. Foodinfo.az xəbər verir ki, bu barədə o sosial şəbəkələrdə məlumat yayıb. Müştəri deyir k, restoran rəhbərliyi işi düzgün təşkil etməyib.

“2500 adama cəmi ofisiant xidmət edir. Sifarişlər çox gec gəlir. Çünki 1000 sifarişə cəmi bir manqal var.”

Şikayətçi deyir ki, müştərilər çox narazı qalıblar. Çünki xidmət demək olar ki, sıfır səviyyəsindədir. Çünki personal sayı müştəri sayına uyğun deyil. “Əgər qəbul edə bilmirsənsə niyə bu qədər stol qoyursan? Yazıq ofisiantlar qan-tər içində qalmışdı. Danlanan da onlar idi.”

Müştəri deyir ki, nə qədər dadlı yeməklər olsa belə bir daha həmin restoranda yemək yeməyəcək.

Qarşı tərəfin mövqeyini öyrənmək mükün olmayıb, “Dərya Fish House”un mövqeyini işıqlandırmağa hazırıq.

Əli

Tarix: / Foodinfo