Müştəri “Böyükfırat”dan niyə narazı qalıb?

Sosial şəbəbəkələrdə “Böyükfırat” restoranından şikayət edib. Foodinfio.az müştərinin şikayətini olduğu kimi təqdim edir:

“Bu gün günorta qızlarla “BüyükFıratın” Elmlər filialında idim. Yemək yeyib, İçərişəhərə yollandıq. Yolda swarovsky qolbağımın qolunda olmadığını gördüm. Zəng edib xahiş etdim ki, oturduğum yerə baxsınlar, bəlkə orda düşmüş ola bilər. Yollandım geri obyektə. Uşaqlardan biri dedi tapılıb, çox sevindim, dedim filan görünüşdə qolbaq idi, dedi bəli, kassaya yaxınlaşın. Daha sonra isə ofisiantlar dedi, yox tapılmayıb. Adminstrator idi kim idi bilmirəm, türk yaxınlaşıb kobud tərzdə dedi ki, bəs yoxdur qolbaq, heç mən sizin qolunuzda görmədim, dedim şəkil çəkdirmişəm sizin obyektdə, qolumda var idi. Ofisiant qiymətini soruşduqda dedim 200 manatdır qiyməti, lakin onun məndə mənəvi dəyəri böyükdür. Rəhmətə gedən yaxınımdan tək xatirədir. 3 manatlıq da olsa axtarardım. Türk dedi, ayıb olsun sizə, utanmırsız elə söz deyirsiz və s. Sanki mən ofisianta güldən ağır söz demişəm. Qısacası, o türk mənimlə elə kobud davrandı ki, sanki mən onları oğurluqla ittiham edirdim, amma olduğum masanın yan-yörəsin axtarmaq təbii olaraq haqqım idi. Nə isə. Bu qaba davranışdan sonra ora bir də ayaq basmaram. Anlayıram, itən əşyalara heç kəs cavabdeh deyil, daha adamı qovarmışcasına davranış heç etik deyil. Ayıb sizə olsun ki, müştərini böhtançı çıxarırsız, sanki mənim qolbağın itmək mövzusu yalan imiş.”

Tarix: / Foodinfo