Qida məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşir

Qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

Bu, “Yeyinti məhsulları haqqında” qanunda əksini tapıb.

“Baytarlıq haqqında” qanuna da dəyişiklik təklif edilib. Layihəyə əsasən, baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulacaq.

Qanun layihələri Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: ONA

Tarix: / Foodinfo