İftardan sonra bu qidanın qəbulu faydalıdır

Bu çərəzi ölkəmizdə Braziliya fıstığı kimi tanıyırlar.

Braziliya fıstığının insan orqanizminə bir çox faydası var. Orqanizmin normal işləməsi üçün lazım olan oksidantlar, vitaminlər və minerallarla zəngindir.

Yüksək qan təzyiqi

Braziliya fıstığının tərkibində maqnezium çoxdur. Bu isə qan təzyiqini aşağı salır.

Saça faydalıdır

Bu çərəzin tərkibindəki mis saç sağlamlığı üçün vacibdir. Orqanizmdə mis çatışmazlığı saçların tökülməsi və bir sıra problemə səbəb olur.

Sümüklərə faydalıdır

Braziliya fıstığının tərkibində maqnezium və kalsium var və bu da sümük sağlamlığına vacibdir. Xüsusən də uşaqlara məsləhət görülür.

Sinir sistemi

Maqnezium damarları genişləndirir və əzələləri rahatladır. Maqnezium az olduğu üçün damarların kaliumla dolmasını təmin edir.

Arıqlamaq

Yağlı qida sayılsa da, bu siyahıdakı digər qidalara nisbətən tərkibində yağ azdır və artıq çəkiyə səbəb olmur.

Antioksidant xüsusiyyəti

Bu çərəzin tərkibində maqnezium, mis, selenium kimi minerallar var. Bu səbəbdən antioksidant xüsusiyyətə malikdir. Tərkibində həzm sistemi üçün faydalı olan turşular var.

Ürəyə faydalıdır

Digər çərəzlərə nisbətən tərkibində yağ miqdarı azdır və buna görə də ürək üçün faydalıdır.

Həzmə kömək edir

Braziliya fıstığı həzmə kömək edir. Bu səbəbdən də iftardan sonra qəbul etmək məsləhət görülür.

Mənbə: Ölkə.az

Tarix: / Foodinfo