Antisanitariya şəraitində süd məhsulları istehsal edən sex -FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı mərkəzinə vətəndaş tərəfindən süd məhsulları ilə bağlı daxil olan şikayət əsasında satış müəssisələrində monitorinq aparılıb.

Foodinfo.az xəbər verir ki, monitorinq zamanı şikayət olunan süd məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizadan keçirilib.

Analizin nəticəsində məhsulların təhlükəsizlik göstəriciləri uyğun olmadığından Agentliyin əməkdaşları tərəfindən həmin məhsulların istehsal edildiyi Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov, ev: 13 B ünvanında süd və süd məhsullarının istehsalı sexində yoxlama keçirilib. Yoxlama zamanı məlum olub ki, müəssisə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab vermir. Belə ki,  sexdə istehsal zamanı texnoloji proseslərin ardıcılığının pozulduğu, bunun da öz növbəsində çarpaz çirklənməyə səbəb olduğu, südün pasterizasiya və soyudulması prosesinin anti-sanitar şəraitdə həyata keçirildiyi məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, məhsulun yağlılığını artırmaq üçün südə bitki yağı spredi qatılır. Müəssisədə soyuducu kameranın sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olmaqla mal qonşuluğunun pozulduğu da aşkar edilib.

Müəssisədə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün Agentliyin əməkdaşları tərəfindən sahibkara göstərişlərverilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: / Foodinfo