“Bizim market”də müəmma: vitrində bir, çekdə başqa qiymət – Foto

Xırdalan Şəhərinin Qalubiyyə küçəsində yerləşən “Bizim Market”-dən alış-veriş edən əməkdaşımız həmin marketdə problemlə üzləşib. Foodinfo.az xəbər verir ki, mayın 8-də o, “Bizim Market”-ə daxil olub və vitrində 0.35 manata qoyulmuş “Sirab” suyunu götürüb. Kassaya yaxınlaşıb ödəniş edən zaman ödəniş qəbzinin üzərində 0.37 manat yazıldığının şahidi olub. Bundan sonra mağazanın məsul şəxsinə yaxınlaşıb və vitrinə yenidən nəzər yetiriblər. Vitrində həmin malın həqiqətəndə 0.35 manata qoyulmasının bir daha şahidi olublar.
Buradan aydın şəkildə görünür ki, istehlakçının hüquqları kobud şəkildə pozulur. Vitrində malı ucuz qiymətə qoyub, kassada daha çox pul alaraq istehlakçıları bu cür yolla aldadırlar.

Tarix: / Foodinfo