“Araz” marketdən şikayət: niyə işçilər əlcəkdən istifadə etmir?

Sosial şəbəkə istifadəçilərindən biri “Araz” supermarketlər şəbəkəsindən şikayət edib. Foodinfo.az xəbər verir ki, müştəri marketin işçilərinin xidmət göstərən zaman əlcəkdən istifadə etməməsindəş şikayətçidir.

“Şikayetim ARAZ Supermarketlər Şəbəkəsin-dəndir. Niyə sizin işçiləriniz et, xəmir , toyuq, pendir , kolbasa çəkəndə heç vaxt , ümumiyyətlə heç vaxt əlcəklərdən istifadə eləmirlər? Bu hal bütün Araz mağazalarda eynidir. İşçilərə deyəndə üzləri çönür, xoşlarına gəlmir” – deyə müştəri yazıb.

Foodinfo.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Tarix: / Foodinfo