Ekspert qida təhlükəsizliyi sahəsində vəziyyətdən danışdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilməsi qeyd olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, uzun müddətdir ölkədə qida təhlükəsizliyi sahəsində vəziyyət acınacaqlı haldadır: “Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Agentliklə bərabər qida təhlükəsizliyi haqqında qanun da qəbul edilməlidir. Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyinin işində yaxından iştirak etsə, heç də pis olmaz”.

Eyyub Hüseynovun geniş şərhinə  qulaq asa bilərsiniz

Tarix: / Foodinfo