Bu restoranda çay içmək 26 manatdır?

Xəyal Məmmədxanlı adlı şəxs Qış parkında yerləşən “Palıd” restoranında çay üçün alınan hesab barəsində narazılıq edib. Foodinfo.az xəbər verir ki, bu barədə o Facebook hesabında paylaşıb. Belə ki, bir çaynik çay, mürəbbə və ləpə üçün 26 AZN pul ödəyib.

“Mən belə şeyləri heç vaxt paylaşmıram, amma ciddi mənada əsəblərimə toxundu. Söhbət pulunda deyil, 100 minlər gedib sağa-sola, amma 1 çay, 1 mürəbbə və 50 qram ləbləbi (15 fındıq, 15 badam) 26 manat nə deməkdir??? Sonra turizmin inkişafı konsepsiyası, yol xəritəsi hazırlayırıq!!!”

Qeyd edək ki, ən hesabda ən çox tutar ləbləbi olub. 12 manat. Fotonu təqdim edirik:

 

Tarix: / Foodinfo